İlham Əliyev adına Olimpiya İdman Kompleksində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında muxtar respublika birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasının (NGF) birgə təşkilatçılığı ilə reallaşan yarışda 77 idmançı 12 çəki dərəcəsi üzrə mübarizə aparıb. ACF-nın beynəlxalq dərəcəli hakimləri Arzu Azalova və Bəhriyyə Hüseynova birinlilikdə həm hakimlik edib, həm də yeni qaydaların tədbiqinə nəzarəti həyata keçiriblər.
İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, NGF-nın sədri Faiq İsgəndərov və digərləri təqdim ediblər.
Nəticələrə gəlincə, qızlarda Ləman Bağırzadə (28 kq), Nuray Kərimova (40 kq), Nailə Mustafazadə (52 kq), oğlanlarda isə Fuad Süleymanov (34 kq), Fuad Cəlilzadə (38 kq), Elvin Cəfərli (42 kq), Rəhim Qaybalıyev (46 kq), Əli Muradzadə (50 kq), Fərda Cəlilzadə (55 kq), Məhərrəm Mədətli (60 kq), Asim Əliyev (66 kq), Rövşən Hüseynəliyev (66+ kq) birinci yerə sahib çıxıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti